Avropa Liqasında qruplardakı vəziyyət: Komandalara növbəti mərhələyə keçmək üçün nə lazımdır?

26.11.2018 06:37

7 komanda UEFA Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıb və noyabrın 29-da onların sırasına bir çox digər komanda da qoşula bilər. UEFA.com qruplardakı vəziyyəti təhlil edib.

Qısa baxış

Növbəti mərhələyə keçənlər: “Bayer Leverkuzen”, “Sürix”, “Dinamo Zaqreb”, “Arsenal”, “Ayntraxt Frankfurt”, “Latsio”, “Çelsi”

Qrupda qalanlar: “Ludoqorets”, “AEK Afina”, “Anderlext”, “Dudelanj”, “Marsel”, “Apollon Limassol”, “Akhisar Belediyespor”

Bu məqalədə təqdim olunan bütün informasiyalar UEFA tərəfindən hələ qəti olaraq təsdiqlənməyib. Göstərilən nümunələr bütün potensial vəziyyətləri əhatə etməyə bilər.

BEŞİNCİ TUR: CÜMƏ AXŞAMI, 29 NOYABR

Oyunlar Mərkəzi Avropa vaxtı ilə 18:55-də başlayacaq

A qrupu: “Bayer Leverkuzen” (9 xal) – “Ludoqorets” (2), “Sürix” (9) – “AEK Larnaka” (2)

  • Bayer Leverkuzen” pley-off mərhələsinə vəsiqəni artıq qazanıb. Komanda “Sürix”in məğlub olması şərtilə qalib gələrsə qrup birinciliyini təmin edəcək.
  • Sürix” də növbəti mərhələni təmin edib, lakin qrup birinciliyi uğrunda şəxsi görüşlərə görə “Bayer Leverkuzen”dən geri qalır.
  • Ludoqorets” yarışı tərk edir.
  • AEK” yarışı tərk edir.

B qrupu: “Zaltsburq” (12) – “RB Leyptsiq” (6), “Rusenborq” (0) – “Seltik” (6)

  • Zaltsburq”  pley-off mərhələsinə adlayır və qrup birincisi olması üçün komandanı heç-heçə də qane edir.
  • Leyptsiq” isə “Seltik”in uduzması şərtilə qələbə qazanarsa qrup mərhələsini keçəcək.
  • Seltik” beşinci turda pley-off mərhələsinə vəsiqəni təmin edə bilmir.
  • Rusenborq” pley-off iddiasını davam etdirə bilmək üçün qalib gəlməli və “Leyptsiq”in uduzmasına ümid etməlidir.

C qrupu: “Zenit” (8) – “Kopenhagen” (5), “Bordo” (1) – “Slaviya Praqa” (7)

  • Zenit” qalib gələcəyi halda qrup mərhələsini adlayacaq. Komanda “Slaviya”nın qələbə qazanmaması şərtilə qalib gələrsə birinci yeri təmin edəcək.
  • Slaviya”  “Kopenhagen”in zəfər əldə etməməsi şərtilə qələbə qazanacağı yaxud “Kopenhagen”in uduzması fonunda heç-heçə edəcəyi halda pley-off mərhələsinə adlayacaq.
  • Kopenhagen” “Slaviya”dan 3 və ya daha çox xal geri düşərsə yarışı tərk edəcək.
     
  • Bordo” pley-off iddiasını davam etdirmək üçün ən azı “Slaviya” ilə şəxsi görüşlərin nəticələrini bərabərləşdirməyə kifayət edən hesabla qalib gəlməli və “Kopenhagen”in “Zenit”i məğlub etməyəcəyinə ümid etməlidir.

D qrupu: “Fənərbaxça” (7) – “Dinamo Zaqreb” (12), “Anderlext” (1) – “Spartak Trnava” (3)

  • Dinamo” artıq növbəti mərhələdədir və heç-heçə edərsə birinciliyi təmin edəcək.
  • Fənərbaxça” üç halda növbəti mərhələyə keçir: 1) qalib gələrsə, 2) “Spartak Trnava”nın qələbə qazanmaması şərtilə heç-heçə edərsə, 3) “Spartak Trnava”nın da uduzması şərtilə məğlub olarsa. 
  • Spartak Trvana” uduzacağı halda yarışı tərk edir və “Fənərbaxça” ilə fərqi ən çoxu üç xala endirməlidir.
  • Anderlext” yarışı tərk edir.

E qrupu: “Vorskla Poltava” (3) – “Arsenal” (10), “Qarabağ” (3) – “Sportinq CP” (7)

  • Arsenal” artıq növbəti mərhələdədir. Komanda qalib gələrsə və ya “Sportinq”lə ən azı üç xallıq fərqə malik olarsa qrup birinciliyini təmin edəcək.
  • Sportinq” qələbə qazanarsa yaxud “Vorskla”nın “Arsenal”ı məğlub etməməsi şərtilə heç-heçə edərsə pley-off mərhələsinə keçəcək.
  • Qarabağ” pley-off iddiasını davam etdirmək üçün qalib gəlməlidir.
  • Vorskla” qələbə qazanmaqla yanaşı “Sportinq”in pley-off iddiasını itirməsinə ümid etməlidir.

F qrupu: “AC Milan” (7) – “Dudelanj” (0), “Real Betis” (8) – “Olimpiakos” (7)

  • Betis” qələbə qazanarsa yaxud “Milan”ın qalib gəlməməsi şərtilə heç-heçə edərsə qrup mərhələsini adlayacaq.
  • Dudelanj” yarışı tərk edir.

Oyunlar Mərkəzi Avropa vaxtı ilə 21:00-da başlayacaq (fərqli saat göstərilməzsə)

G qrupu: “Spartak Mosvka” (5) – “Rapid Vyana” (4) [Mərkəzi Avropa vaxtı ilə 16:50], “Reyncers” (5) – “Vilyareal” (6)

  • Vilyareal”  qələbə qazanarsa pley-off mərhələsinə keçəcək.
  • Spartak”  “Reyncers”in uduzması fonunda qələbə qazanarsa qrup mərhələsini adlayacaq.
  • Reyncers” məğlub olacağı və “Spartak”ın qalib gələcəyi halda yarışı tərk edəcək.
  • Rapid” məğlub olacağı halda yarışı tərk edəcək.

H qrupu: “Ayntraxt Frankfurt” (12) – “Marsel” (1), “Apollon Limassol” (1) – “Latsio” (9)

  • Frankfurt” artıq növbəti mərhələdədir. Komanda “Latsio”nun qalib gəlməməsi şərtilə qələbə qazanarsa yaxud “Latsio”nun uduzması fonunda heç-heçə edərsə birinci yeri təmin edəcək.
  • Latsio” pley-off mərhələsinə vəsiqəni təmin edib.
  • Marsel” yarışı tərk edir.
  • Apollon” yarışı tərk edir.

I qrupu: “Malmö” (5) – “Genk” (7), “Sarpsborq” (5) – “Beşiktaş” (4)

  • Genk” qalib gələrsə pley-off mərhələsinə keçəcək.
  • Beşiktaş” məğlub olsa yarışı tərk edəcək.

J qrupu: “Krasnodar” (9) – “Akhisar Belediyespor” (0) [Mərkəzi Avropa vaxtı ilə 18:55], “Standard Lyej” (6) – “Sevilya” (9)

  • Krasnodar” “Standard”ın qalib gəlməməsi şərtilə qələbə qazanarsa yaxud “Standard”ın uduzması fonunda heç-heçə edərsə növbəti mərhələyə adlayacaq.
  • Sevilya”ya pley-off mərhələsinə vəsiqə qazanmaq üçün heç-heçə kifayət edir.
  • Standard” “Krasnodar”ın uduzmaması fonunda məğlubiyyətlə üzləşərsə yaxud “Krasnodar”ın qalib gəlməsi fonunda heç-heçə edərsə yarışı tərk edəcək.
  • Akhisar”  yarışı tərk edir.

K qrupu: “Astana” (8) – “Dinamo Kiyev” (8) [Mərkəzi Avropa vaxtı ilə 16:50], “Yablonets” (2) – “Renn” (3)

  • Astana”  qalib gələrsə (birinci yeri tutaraq) yaxud “Renn”in “Yablonets”i məğlub etməməsi halında pley-off mərhələsinə adlayacaq.
  • Dinamo” qalib gələrsə və ya heç-heçə edərsə yaxud digər oyunun heç-heçə başa çatması şərtilə uduzarsa növbəti mərhələyə keçəcək.
  • Renn” pley-off iddiasını davam etdirmək üçün qalib gəlməli və digər oyunun heç-heçə yekunlaşmamasına ümid etməlidir.
  • Yablonets” pley-off iddiasını davam etdirmək üçün qalib gəlməli və “Dinamo”nun uduzmasına ümid etməlidir.

L qrupu: “BATE Borisov” (3) – “Vidi” (6) [Mərkəzi Avropa vaxtı ilə 18:55], “Çelsi” (12) – “PAOK” (3)

  • Çelsi” artıq növbəti mərhələdədir. Komanda məğlub olmayacağı yaxud “Vidi”nin qələbə qazanmayacağı halda birinci yeri təmin edəcək.
  • Vidi” qələbə qazanmaqla pley-off mərhələsinə vəsiqə qazanacaq.
  • BATE” pley-off iddiasını davam etdirmək üçün uduzmamalıdır.
  • PAOK” “Vidi”nin uduzması şərtilə məğlub olmayacağı yaxud “Vidi”nin qalib gəlməsi fonunda heç-heçə edəcəyi halda pley-off iddiasını davam etdirəcək.

Komandaların qrup cədvəllərindəki yerləri bütün matçlar başa çatana qədər müvəqqəti xarakter daşıyır.