Bakı Metropoliteni “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

27.11.2019 09:45

Bakı Metropoliteni Avropa Liqasının V turunda Portuqaliya “Sportinq”i ilə qarşılaşacaq “Qarabağ” klubunun müraciətini cavablandırıb.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib ki, “Koroğlu” stansiyasının girişi görüşdən sonra zərurət olduğu qədər açıq olacaq.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq. Görüşün sonu gecə yarısına təsadüf edəcəyindən, klub azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat gec – saat 1:00-da bağlanması xahişi ilə Bakı Metropoliteninə müraciət edib.