Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq - AFİŞA

21.02.2019 07:16

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq.

Cavab oyunları çərçivəsində 15 qarşılaşmakeçiriləcək.

Türkiyə təmsilçilərindən "Qalatasaray" səfərdə Portuqaliya "Benfika"sı ilə üz-üzə gələcək. İstanbuldakı görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan "sarı-qırmızılar" növbəti mərhələyə yüksəlmək üçün ən azı iki top fərqi ilə qalib gəlməlidirlər. "Qalatasaray"ın 2:1 hesablı qələbəsi isə görüşü əlavə vaxta aparacaq.

"Fənərbağça"nın da cavab oyunu səfərdə olacaq. "Sarı-lacivərdlilər" Rusiyanın Sankt-Peterburq şəhərində "Zenit"lə qarşılaşacaqlar. İlk oyunda rəqibini 1:0 hesabı ilə üstələyən İstanbul komandasına səfərdə heç-heçə, hətta 1:2-dən başlayaraq, minimal fərqli məğlubiyyət də sərf edir. "Zenit" isə 1/8 finala vəsiqə üçün rəqibini 2 top fərqi ilə udmalıdır.

Qrup mərhələsində

"Qarabağ"la eyni qrupda yer almış komandalardan "Arsenal" İngiltərədə Belarus BATE-sini qəbul edəcək. İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan London təmsilçisi ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

Portuqaliya "Sportinq"i isə İspaniyada "Vilyarreal"ın müqavimətini qırmağa çalışacaq.

Avropa Liqası 1/16 final, cavab oyunları

21 fevral

21:55. "Arsenal" (İngiltərə) - BATE (Belarus)

İlk oyun – 0:1

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Viktoriya" (Plzen, Çexiya)

İlk oyun - 1:2

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Şaxtyor" (Donesk, Ukrayna)

İlk oyun - 2:2

21:55. "Napoli" (İtaliya) - "Sürix" (İsveçrə)

İlk oyun - 3:1

21:55. "Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika)

İlk oyun - 1:2

21:55. "Valensiya" (İspaniya) - "Seltik" (Şotlandiya)

İlk oun - 2:0

21:55. "Vilyarreal" (İspaniya) - "Sportinq" (Portuqaliya)

İlk oyun – 1:0

21:55. “Zenit” (Rusiya) – “Fənərbağça” (Türkiyə)

İlk oyun – 0:1

24:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Krasnodar" (Rusiya)

İlk oyun – 0:0

24:00. "Benfika" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə)

İlk oyun - 2:1

24:00. "Çelsi" (İngiltərə) - "Malmö" (İsveç)

İlk oyun - 2:1

24:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun – 2:2

24:00. "Genk" (Belçika) - "Slaviya" (Praqa, Çexiya)

İlk oyun – 0:0

24:00. "İnter" (İtaliya) - "Rapid" (Vyana, Avstriya)

İlk oyun – 1:0

24:00. "Betis" (İspaniya) - "Renn" (Fransa)

İlk oyun – 3:3

Qeyd edək ki, daha öncə İspaniya "Sevilya"sı 1/8 finala vəsiqə qazanıb. "Sevilya" 1/16 finalda İtaliya "Latsio"sunu mübarizədən kənarlaşdırıb - 1:0, 2:0. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.