Bu gün saat 21:55: “Qarabağ” – “Sportinq”

29.11.2018 09:57

UEFA Avropa Liqasında çıxış edən “Qarabağ” bu gün qrup mərhələsində növbəti oyununu keçirəcək. Təmsilçimiz Bakı Olimpiya Stadionunda, saat 21:55-də Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq.

Baş hakim: Petr Ardeleanu
Baş hakimin köməkçiləri: Petr Blazey, Tomas Mokrusch
Dördüncü hakim: Jan Patak
Əlavə köməkçi hakimlər: Zbynek Proske, Emanuel Marek
(Hakimlər briqadası Çexiyadandır)​​​​​​​