“İntellektual kubok” turnirində qeydiyyat davam edir

27.11.2018 09:37

Xəbər verdiyimiz kimi, 2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Bu tədbirlərdən ilki olan – media nümayəndələri üçün keçiriləcək “İntellektual kubok” turnirində qeydiyyat prosesi sona yaxınlaşmaqdadır.

10 dekabr saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək turnirdə iştirak üçün qeydiyyat müddəti 3 dekabr tarixinədək uzadılır.

İştirak etmək istəyənlər ad, soyad, təmsil etdikləri media qurumunun, üzvü olacağı komandanın adını və əlaqə nömrələrini media@finalbaku2019.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Turnirdə iştirak üçün artıq 10 komanda qeydiyyatdan uğurla keçib.