Sloveniyalı Aleksander Çeferin yenidən UEFA-nın prezidenti seçilib

8.02.2019 08:19

Aleksander Çeferin növbəti dəfə dörd il müddətinə UEFA-nın prezidenti vəzifəsinə seçilib.

Bu barədə qərar fevralın 7-də UEFA-nın Romada keçirilən 43-cü Konqresində qəbul edilib.

Sloveniyalı 51 yaşlı A.Çeferin 2016-cı ilin sentyabırında UEFA prezidenti seçilib. O, UEFA-nın yeddinci prezidentidir.