Xəbərlər

“Qarabağ” 4-cü dəfə Avropa Liqasının qrup mərhələsində!

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın “Şerif” komandasını qəbul edib. Tiraspolda keçirilən qarşılaşmada rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam klubu cavab qarşılaşmasında rəqibin qapısından 3 cavabsız top keçirib. Hesab 9-cu dəqiqədə açılıb. Maksim Medvedev dəqiq zərbə ilə “Qarabağ”ı irəli çıxarıb — 1:0. 42-ci dəqiqədə Donald Gerye ikinci topu vurub. Birinci hissə bu hesabla başa çatıb. Fasilədən sonra da hücumlarını davam etdirən Qurban Qurbanovun yetirmələri 55-ci dəqiqədə Filip Ozobiçlə hesabı bir qədər də artırıb — 3:0. Görüş bu hesabla başa çatıb. Qeyd edək ki, “Qarabağ”, bununla, 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.