Xəbərlər

UEFA Avropa Liqasında qrup mərhələsində “Qarabağ”ın rəqibi məlum oldu

Avqustun 31-da UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Monakoda keçirilən püşkatma mərasimində Avropanın 48 komandası hər birində dörd komanda olan on iki qrupa bölünüb.

Püşkatmanın nəticələri aşağıdakı kimi olub:

“A” qrupu: “Bayer” (Almaniya), “Lüdoqorets” (Bolqarıstan), “Sürix” (İsveçrə), AEK (Larnaka, Kipr).

“B” qrupu: “Zaltsburq” (Avstriya), “Seltik” (Şotlandiya), “Leypziq” (Almaniya), “Rusenborq” (Norveç).

“C” qrupu: “Zenit” (Rusiya), “Kopenhagen” (Danimarka), “Bordo” (Fransa), “Slaviya” (Praqa, Çexiya).

“D” qrupu: “Anderlext” (Belçika), “Fənərbağça” (Türkiyə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Spartak” (Trnava, Slovakiya).

“E” qrupu: “Arsenal” (İngiltərə), “Sportinq” (Lissabon, Portuqaliya), “Qarabağ” (Azərbaycan), “Vorskla” (Poltava, Ukrayna).

“F” qrupu: “Olimpiakos” (Yunanıstan), “Milan” (İtaliya), “Betis” (İspaniya), “Düdelanj” (Lüksemburq).

“G” qrupu: “Vilyarreal” (İspaniya), “Rapid” (Vyana, Avstriya), “Spartak” (Moskva, Rusiya), “Reyncers” (Şotlandiya).

“H” qrupu: “Latsio” (İtaliya), “Marsel” (Fransa), “Ayntraxt” (Frankfurt, Almaniya), “Apollon” (Kipr).

“İ” qrupu: “Beşiktaş” (Türkiyə), “Genk” (Belçika), “Malmö” (İsveç), “Sarpsborq” (Norveç).

“J” qrupu: “Sevilya” (İspaniya), “Krasnodar” (Rusiya), “Standard” (Lyej, Belçika), “Akhisar Belediyespor” (Türkiyə).

“K” qrupu: “Dinamo” (Kiyev, Ukrayna), “Astana” (Qazaxıstan), “Renn” (Fransa), “Yablonets” (Çexiya).

“L” qrupu: “Çelsi” (İngiltərə), PAOK (Yunanıstan), BATE (Borisov, Belarus), “Videoton” (Macarıstan).

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-da start veriləcək.

Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması gələn ilin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.