Bakının otelləri

Fairmont Baku, Alov qüllələri

“Fairmont Baku” otelində yaradılan şərait sürətlə inkişaf edən və gözəlləşən Bakının simvollarından birinə çevrilib. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılıb. Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olub.
"Fairmont Baku"nun yerləşdiyi “Alov qüllələri” Bakının yeni və möhtəşəm simvolları arasında paytaxtın gözəlliyini dünyaya yüksək səviyyədə təqdim edir. “Alov qüllələri”nə dünyada olan marağı şərtləndirən ən mühüm amillər sırasında təbii ki, onun memarlıq üslubu mühüm rol oynayır. Çünki “Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir.

Ünvan: Mehdi Hüseyn küç. 1 A, Bakı 1006
Tel.: +994 12 565 48 48

“Hilton Baku” oteli

Bakının düz mərkəzində, Heydər Əliyev Beynəlxalq Hava Limanından 30 dəqiqəlik məsafədə yerləşən Hilton Baku oteli Xəzər dənizinin və şəhərin möhtəşəm mənzərəsindən zövq alacağınız məkandır. YUNESKO tərəfindən Dünya İrsinə daxil edilən və 12-ci əsrə aid İçəri Şəhər oteldən gəzinti məsafəsindədir. Alış-veriş edin, yerli əyləncələrdən həzz alın və ya şəhər mərkəzindəki kafelərdə dincəlin.

Ünvan: Azadlıq prospekti 1 B, Bakı 1000
Tel.: +994 12 464 50 00

“JW Marriott Absheron Baku” oteli

Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünya şöhrətli “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk otelidir.
Otel şəhərdən 5 dəqiqəlik məsafədə yerləşir. Odur ki, ürəyiniz istəyəndə dənizkənarı bulvarda gəzə, dənizdən zövq ala, yaxud şəhər mərkəzinə düşüb, klassik və modern memarlığın vəhdətindən doğan yeni Bakının gözəlliyindən zövq ala bilərsiniz.
Qeyd edək ki, otel Heydər Əliyev adına Hava Limanından maşınla 25 dəqiqəlik məsafədə yerləşir.

Ünvan: Azadlıq Meydanı 674, Bakı AZ1010
Tel.: +994 12 499 88 88

Four Seasons Hotel Bakı

Nadir memarlıq həlli ilə diqqəti cəlb edən “Four Seasons” otellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir.
“Four Seasons Hotel Baku”nun orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Təsadüfi deyildir ki, “Four Seasons Hotel Baku”nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adları verilmişdir.
Otelin daha bir özəlliyi ilə turistik məkanlara yaxın yerləşməsidir. Belə ki, “Şirvanşahlar sarayı”, Azərbaycan İncəsənət Muzeyi, alış-veriş üçün “Port Baku” və “Park Bulvar”ı əlinizin altındadır. Qeyd edək ki, otel Heydər Əliyev adına Hava Limanından 19 km aralıda yerləşir.

Ünvan: Neftçilər prospekti 1, Bakı AZ1095
Tel.: +994 12 404 24 24

İnturist otel

Şəhər əsrarəngizliyini əks etdirən Bakının nostaljik otelini kəşf edin
İstər biznes, istərsə də istirahət məqsədli səfərləriniz zamanı İçəri Şəhərin tarixi divarları arasında gəzişin, ya da dünyanın ən böyük bulvarlarından olan Dənizkənarı Milli Parkın fərahlandırıcı mənzərəsindən zövq alın - Bakıda olduğunuz hər anı doya-doya yaşayın.
Inturist Otel Bakı şəhərin tarixi ürəyində yerləşməsi ilə qürurlanır. 80 illik irsi olan otel qədim və yeninin mükəmməl vəhdətini əks etdirir. Bakının görkəmli və tarixi yerlərini ziyarət edərək dincəlmək üçün İnturist Otel ideal məkana çevrilir - buradan bütün tarixi abidələrə ziyarət piyada gəzintisi məsafəsindədir.

Ünvan: Mikayıl Hüseynov prospekti 51, Bakı AZ1003
Tel.: +994 12 310 33 10

“Winter Park” oteli

“Winter Park” oteli Bakının “qış bulvarı” kimi tanınan əsrarəngiz Qış parkından 5 dəqiqəlik məsafə yerləşir. Oteldən Bakının tarixi memarlıq abidələrindən sayılan Azərbaycan Dövlət Opera və Balet Teatrına getmək üçün 801 metr qət etmək lazımdır. Fəvvaraələr meydanı isə 550 metr uzaqlıqda yerləşir.

Ünvan: Mirzəağa Əliyev 29/30, Bakı 1126
Tel.: +994 12 599 91 99

Bulvar Otel Bakı

Dənizkənarı park şərəfinə adlandırılmış və şəhər mərkəzinin şərq hissəsinə doğru uzanaraq Bakı buxtasında yerləşən Bulvar Otel Bakı 818 rahat qonaq otaqları təklif edir.
Bakı Ağ Şəhər qəsəbəsinin ürəyində, şəhər mərkəzini Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə birləşdirən əsas yolun üzərində yerləşən otel həmçinin Azərbaycanın ən geniş konfrans otelidir.
Hazırda Bakının ən ekoloji təmiz rayonuna çevrilməkdə olan, keçmiş sənaye ərazisində salınan Bakı Ağ Şəhər müasir dünyanın ən böyük şəhərsalma inkişafı proyektlərindən biridir.

Ünvan: Xəqani Rüstəmov küçəsi 4 C, Bakı AZ1052
Tel.: +994 12 310 00 10

Jumeriah Bilgah Beach Hotel

Beynəlxalq səviyyəli nadir memarlıq incilərindən olan bu otelin Bakıda tikilməsi Azərbaycan Respublikasında turizmin inkişafının, istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricidir.
“Jumeirah Bilgah Beach Hotel” kompleksi original arxitektura üslubu ilə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri təklif etməsi ilə fərqlənir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.

Ünvan: Qələbə küçəsi 94, Bilgəh 1122
Tel.: +994 12 565 40 00

Sapphire City Hotel

"Sapphire City” lüks oteli Sizə dəbdəbə və komfort ab-havasında unudulmaz istirahət təklif edir! Bu dəbdəbəli otel paytaxtın iki məşhur məkanı, "Torqovaya” küçəsi (bakılılar Nizami küçəsini məhz bu cür adlandırır) və Bakının ən gözəl meydanı olan Fəvvarələr meydanının kəsişməsində yerləşir. Yeri gəlmişkən, qeyd edək ki, otelin bəzi nömrələrinin eyvanı məhz "Torqovaya” küçəsinə baxır.
Gözəllik və möhtəşəmliyinə görə müştərilərimizin çoxu "Sapphire City” otelini muzey adlandırır. Otelimizə qədəm qoyduğunuz andan sanki başqa bir aləmə düşürsünüz!

Ünvan: Nizami küçəsi 64, Bakı 1005
Tel.: +994 12 498 80 06

Holiday Inn Baku

Otel Bakının nadir memarlıq nümunəsi olan və Xəzərin sahilində yerləşən Qız Qalasından cəmi 1 kilometrlik məsafədə yerləşir. Otelin yaxınlığında gündüzü və gecəsi fərqli gözəl olan Bakı bulvarı, “28 Mall”, “Port Baku Mal” və “Park Bulvar” ticarət mərkəzləri yerləşir.

Ünvan: Xanım Səfərəliyeva küçəsi 5, Bakı AZ1010
Tel.: +994 12 599 11 00