Xəbərlər

İlk ayın qalibi məlum oldu

İlk ayın qalibi məlum oldu

Bakı ilk dəfə qitənin ən mötəbər yarışlarından biri – UEFA Avropa Liqasının final oyununa ev sahibliyi edəcək. 56 klubun iştirak etdiyi nüfuzlu turnirin həlledici görüşündə gərgin mübarizədən qalib ayrılacaq yalnız 2 komanda Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək.

Bu mötəbər yarışma ilə əlaqədar yaradılmış www.finalbaku2019.com saytında xüsusi layihəyə start verilmişdir. Belə ki, Avropa Liqasının 2018/2019 mövsümü ərzində keçiriləcək oyunların düzgün tapılan nəticələrinin xal sistemiylə keçirildiyi yarışmada 1000-dən çox iştirakçı qeydiyyatdan keçmişdir. Yarışmanın əsas mükafat fondu 2000 AZN-dir. Bundan əlavə, ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə isə Milli Yığma Komandanın futbol geyimi və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir.

26 sentyabr tarixində Yerli Əməliyyat Komitəsinin ofisində ilk ayın qalibi mükafatlandırılmışdır. 27 xalla hər kəsi qabaqlamağı bacaran Anar İsgəndərliyə Milli Yığma Komandanın futbol geyimi hədiyyə edilmişdir.

Əgər siz də yarışda iştirak etmək istəyirsinizsə, www.finalbaku2019.com saytında “Hesabı tap” bölməsinə daxil olmaq, qeydiyyatdan keçmək və təxminlərinizi qeyd etmək kifayətdir.