Xəbərlər

UEFA rəsmisi “Qarabağ” – “Sportinq” oyununu izləyəcək

UEFA-nın Klub Yarışlarının Təşkili Komitəsinin sədri (Head of UEFA Club Competitions) Mixael Heselşverdt Bakıya gəlib.

Almaniyalı funksioner “Qarabağ”ın Portuqaliya “Sportinq”i ilə keçirəcəyi Avropa Liqasının V tur matçını izləyəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq.

Qeyd edək ki, Mixael Heselşverdt avrokubokların püşkatmasını həyata keçirir.