Xəbərlər

Avropa Liqasında noyabr ayının qalibi açıqlandı

Avropa Liqası qazandırmağa davam edir! Futbolda təxmininə güvənən və noyabr ayı ərzində ən çox xal toplayaraq rəqiblərini qabaqlamağı bacaran iştirakçımız İlqar Heybətov oldu.

İlqar Heybətov kiçik oğlu Əli ilə birlikdə dekabrın 4-də Yerli Əməliyyat Komitəsinin ofisində qonaq olub. Topladığı 53 xalla iştirakçılar cədvəlində birinci sıraya yerləşən qalibimiz təşkilatçılara təşəkkür edib. Daha sonra ona oğlu ilə birlikdə “Qarabağ” futbol klubunun imzalı forması hədiyyə olunub.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar www.finalbaku2019.com saytında işə salınmış xüsusi layihə hələ də davam edir. Siz də hesablarda təxminlərinizə güvənirsinizsə və yarışda iştirak etmək istəyirsinizsə, www.finalbaku2019.com saytında “Hesabı tap” bölməsinə daxil olun, qeydiyyatdan keçin və Avropa Liqasında qazanın!

Oyunun qaydalarına gəlincə, Avropa Liqasının 2018/2019 mövsümü ərzində baş tutacaq oyunların düzgün tapılan nəticələri xal sistemi ilə hesablanır. Bugünədək yarışmada 2000-dən çox iştirakçı qeydiyyatdan keçib. Yarışmanın əsas mükafat fondu 2000 AZN-dir. Bundan əlavə, ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə Milli Yığma Komandanın və yerli klubların imzalı forması, Avropa Liqasının rəsmi topu, eləcə də onlarla digər maraqlı hədiyyələr təqdim olunur.