Könullülər proqramıXəbərlər

Könüllülük proqramına start verilir

Bu gündən etibarən Avropa Liqası Final 2019-un Könüllülük proqramına start verilir.

Bununla əlaqədar ilk tədbir bu gün Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi təqdimatla başlanacaq. Ümumilikdə 13-25 dekabr tarixləri arasında 12 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və digər qurumlar üçün Könüllülük proqramının təqdimatı təşkil olunacaq.
Avropa Liqası Final 2019-un təşkilati işlərində 23 sahə və 40-dan artıq funksiya üzrə 1300 könüllü çalışacaq. 
Könüllü olmaq istəyən şəxslər ilkin olaraq, 13 dekabr – 31 yanvar tarixləri arasında, https://finalbaku2019.az/volunteers linkinə daxil olaraq müraciət ərizəsini doldurmalıdır. Ərizə formasını doldurmuş şəxslər 6 yanvar – 28 fevral tarixləri arasında Avropa Liqası Final 2019-un Könüllü komandası tərəfindən müsahibəyə dəvət olunacaq. Seçiləcək könüllülər üçün aprelin 1-dən etibarən təlimlərə start veriləcək. 1 ay müddətini əhatə edəcək təlimlərdən sonra könüllülər final oyununun təşkili ilə bağlı müvafiq şöbələrdə fəaliyyətə başlayacaq.
Könüllülük proqramına qoşuılmaq üçün yalnız Azərbaycandan deyil, digər ölkələrdən də müraciətlər qəbul oluna bilər.