Press-relizlərXəbərlər

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə qrup mərhələsini ilk 2 pillədə başa vuran 24 komandanın və yarışa Çempionlar Liqasında qrup üçüncüsü olmaqla qoşulan 8 kollektivin rəqibəri bəlli olub.

“Viktoriya” (Plzen, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

“Brügge” (Belçika) – “Zaltsburq” (Avstriya)

“Rapid” (Avstriya) – “İnter” (İtaliya)

“Slaviya” (Praqa, Çexiya) – “Genk” (Belçika)

“Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya)

“Sürix” (İsveçrə) – “Napoli” (İtaliya)

“Malmö” (İsveç) – “Çelsi” (İngiltərə)

“Şaxtyor” (Ukrayna) – “Ayntraxt” (Almaniya)

“Seltik” (Şotlandiya) – “Valensiya” (İspaniya)

“Renn” (Fransa) – “Betis” (İspaniya)

“Olimpiakos” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna)

“Latsio” (İtaliya) – “Sevilya” (İspaniya)

“Fənərbaxça” (Türkiyə) – “Zenit” (Rusiya)

“Sportinq” (Portuqaliya) – “Vilyarreal” (İspaniya)

BATE (Belarus) – “Arsenal” (İngiltərə)

“Qalatasaray” (Türkiyə) – “Benfika” (Portuqaliya)

Qeyd edək ki, 1/16 finalın ilk oyunları fevarlın 14-də, cavab görüşləri isə bir həftə sonra olacaq. Avropa Liqasının final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.