halloffamePress-relizlərXəbərlər

Avropa Liqası Muzeyinin açılış mərasimi (fotoreportaj)

Bu gün Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeyin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin üzvləri iştirak ediblər. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları muzeydə nümayiş olunan eksponatlarla tanış olublar. UEFA tərəfindən təqdim olunmuş eksponatlar böyük maraqla qarşılanıb. Tədbirdən hazırlanmış fotoreportajı təqdim edirik.