halloffamePress-relizlərXəbərlər

Ernan Kresponun imza günü (fotoreportaj)

Dekabrın 22-dən etibarən Bakıda fəaliyyətə başlayan UEFA Avropa Liqası muzeyində E.Krespo AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb, gələn il keçiriləcək final qarşılaşması barədə fikir mübadiləsi aparılıb. Sonra argentinalı futbol ulduzunun imza mərasimi təşkil olunub. Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olan tədbirdə  muzeyə daxil olanlar E.Krespodan avtoqraf almaq, onunla şəkil çəkdirmək imkanı qazanıblar. Tədbirin sonunda UEFA-nın ulduz səfirinin media üçün brifinqi keçirilib.