halloffamePress-relizlərXəbərlər

Milli komandanın hücumçusu azarkeşlərlə görüşəcək

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində yerli futbol azarkeşləri ilə görüşəcək növbəti qonaq bəlli oldu.

Yanvarın 3-də saat 19:00-da “Avropa Liqası muzeyi”ndə millimizin və “Neftçi” PFK-nın hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunacaq. Muzey ziyarətçiləri görüş günündə futbolçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Final oyunu 2019-cu il, mayın 29-da baş tutacaq.