halloffamePress-relizlərXəbərlər

Təmkin Xəlilzadə ilə imza günü

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza günü keçirilib. Dekabrın 26-da “Avropa Liqası muzeyi”ndə “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadə azarkeşlərlə görüşüb. Muzey ziyarətçiləri imza günündə futbolçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də foto çəkdiriblər.