halloffamePress-relizlərXəbərlər

Milli komandanın hücumçusu azarkeşlərlə görüşüb (fotoreportaj)

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində “Avropa Liqası muzeyi”ndə millimizin və “Neftçi” PFK-nın hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunub.
Muzey ziyarətçiləri görüş günündə futbolçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də foto çəkdiriblər.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.
Final oyunu bu il mayın 29-da keçiriləcək.