halloffamePress-relizlərXəbərlər

Mahir Mədətov ilə imza günü

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza gününün qonağı bəlli olub.

Dekabrın 27-də saat 19:00-da Avropa Liqası Muzeyində Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun imza günü keçiriləcək.
Muzey ziyarətçiləri imza günündə futbolçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Final oyunu mayın 29-da baş tutacaq.