halloffamePress-relizlərXəbərlər

Fiziki qüsurlu azarkeşlər “Avropa Liqası muzeyi”ni ziyarət etdilər

Bakıda fəaliyyət göstərən “Avropa Liqası muzeyi”ni bir qrup fiziki qüsurlu azarkeş ziyarət edib.

Muzey ziyarətçiləri burada sərgilənən eksponatlarla tanış olublar, xatirə şəkilləri çəkdiriblər.

Xatırladaq ki, bu gün “Avropa Liqası muzeyi”nin son fəaliyyət günüdür. Saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq muzeyə giriş ödənişsizdir.