Asan Viza

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına gəlməyi planlaşdırdıqları tarixdən ən azı 3 (üç) iş günü əvvəl elektron viza üçün müraciət etməlidirlər (evisa.gov.az). Ərizə verən şəxsin pasportu və ya digər səyahət sənədinin bitmə müddəti elektron vizanın bitmə müddətindən ən azı 3 (üç) ay artıq olmalıdır. Elektron vizanın dövlət rüsumu 20 ABŞ dollarıdır. Bu rüsum viza ərizəsinin nəzərdən keçirilməsi üçün tutulur və heç bir halda geri qaytarılmır. Elektron vizanın işlənməsi üçün xidmət haqqı 3 (üç) ABŞ dolları təşkil edir. Bu məbləğ, elektron viza üçün ödənilən 20 (iyirmi) ABŞ dolları dövlət rüsumundan əlavə ödənilir. Ödəniş əməliyyatları yalnız Visa və MasterCard istifadəsi ilə icra edilə bilər. Kartın sizin adınıza olması mütləq deyil.