All Posts By

admin

Avropa Liqasının finalına 200 gün qaldı!

By

Düz 200 gün sonra 56 klubun iştirak etdiyi nüfuzlu turnirin – UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək. Avropanın BOS görüşündə futbolsevərlər qrup mərhələsində hələ ki yüksək nəticə göstərən “Çelsi”, “Arsenal” və “Milan”, eləcə də “Sevilya”, “Marsel”, “Latsio”, “Beşiktaş”, “Fənərbaxça”, CSKA, “Zenit” kimi əfsanəvi klublardan yalnız ikisinin qarşılaşmasını izləmək imkanı qazanacaqlar.

Tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərinə məsul olan AFFA ilk dəfə olaraq özünün könüllülər proqramını təqdim edəcək. Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Noyabrın 21-də isə final oyununa özəl hazırlanmış www.finalbaku2019.com saytında “Road to Baku” – “Bakıya aparan yol” adlı oyun layihəsi işə düşəcək. UEFA Avropa Liqasının tarixini yaxşı bilirsinizsə, o zaman qaliblər sırasında olacaqsınız. Çünki oyun çərçivəsində 1971-72-ci il mövsümündən başlayaraq bugünədək Liqa, eləcə də milli futbolumuzun tarixində baş vermiş mühüm hadisələrlə bağlı maraqlı suallar təqdim olunacaq.

Avropa Liqası təkcə futbol zövqü yaşatmır, həm də qazandırır. www.finalbaku2019.com saytında artıq iki aydır ki futbolsevərlərin ixtiyarına verilmiş xüsusi layihəyə əsasən, təxminlərinə güvənənlər Avropa Liqasının 2018/2019 mövsümü ərzində keçiriləcək oyunların hesablarını qeyd edirlər. Ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə Azərbaycan milli komandasının futbol geyimi, Avropa Liqasında iştirak etmiş klubların imzalı oyun köynəkləri, xüsusi suvenirlər və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir. Bugünədək yarışmada 2000-dən çox iştirakçı qeydiyyatdan keçib. Yarışmanın əsas mükafat fondu 2000 AZN-dir.

Final oyununu izləməyə gələn azarkeşlər üçün də maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona 25-29 mayda fəaliyyət göstərəcək. Bundan əlavə, İntellektual Oyunlar üzrə Kubokun, Avropa Liqasının tarixi, əfsanəvi futbolçular və komandalarla bağlı əşyaların nümayiş etdiriləcəyi irimiqyaslı “Hall of Fame” adlı tədbirin təşkili, eləcə də şəhərimizin müxtəlif nöqtələrində tədbir və oyunların keçirilməsi nəinki futbol azarkeşlərini, hər kəsi Liqanın bir hissəsinə çevirəcək.

Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan futbol üzrə kiber çempionatın təşkili isə insanları finala qədər həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında toplayacaq.

Bundan əlavə, 25-27 may tarixlərində Bakıda dünya futbol ulduzlarının iştirakı ilə “Speaker Panel” tədbiri keçiriləcək.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Media nümayəndələri, eləcə də futbol həvəskarları Avropa Liqası, həmçinin keçiriləcək tədbirlər və yarışlar ilə bağlı rəsmi məlumatları www.finalbaku2019.com saytından əldə edə bilərlər.

“Vorskla” – “Qarabağ” matçının hakimləri müəyyənləşib

By
"Vorskla" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

“Vorskla” – “Qarabağ” matçının hakimləri müəyyənləşib

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Ukraynada “Vorskla” ilə keçirəcəyi oyunun bütün təyinatları müəyyənləşib.

Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Şörerə yan xətt hakimləri Bekim Zoqay və Ştefan De Almeyda köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Raffael Tseder yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Alen Byeri və Lukas Fandrix olacaq. Almaniyalı Edqar Ştaynborn görüşün hakim-inspektoru, danimarkalı Klaus Kristensen isə UEFA nümayəndəsidir.

Qeyd edək ki, “Vorskla” “Qarabağ”ı noyabrın 8-də Poltavadakı Aleksey Butovski adına stadionda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

UEFA Avropa liqası: Qarabağ – Vorskla

By

Təmsilçimiz Qarabağ FK Avropa liqasının üçüncu tur çərçivəsində, Ukrayna təmsilçisi Vorskla (Poltava) ilə qarşılaşmışdı

Təmsilçilərimiz “Leaders in sport” sammitində

By

İngiltərənin paytaxtı London şəhərində, Stanford Bridge stadionunda “Leaders in sport” sammiti keçirilir.
Tədbirdə müxtəlif idman növləri üzrə dünyanın bir çox ölkələrini təmsil edən federasiyaların rəsmiləri ilə yanaşı idmana bu və ya digər şəkildə bağlılığı olan tanınmış şirkət və təşkilatların təmsilçiləri də iştirak edir. 2019-cu ildə Bakıda təşkil olunacaq UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının yerli təşkilat komitəsinin üzvləri də sammitdə təmsil olunur. Nümayəndə heyətinin rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədov sammitdə bir sıra rəsmi şəxslərlə işgüzar görüşlər keçirib.

“Arsenal futbol klubu Bakı Olimpiya Stadionunda ilk məşqinə çıxıb”

By
Şəkillər

"Arsenal futbol klubu Bakı Olimpiya Stadionunda ilk məşqinə çıxıb"

Arsenal futbol klubu Avropa Liqasında Qarabağla oyun öncəsi Bakı Olimpiya Stadionunda ilk məşqinə çıxıb.Bundan əlavə, topçuların baş məşqcisi Unai Emeri BOS-da baş tutan press konferensiyada, oyuna çox ciddi kökləndiklərini və qələvə üçün gəldiklərini bildirib.

Məşqdə klubun ulduz oyunçuları Qranit Caka, Deni Uelbek və Məsut Özil iştirak edib.

Qurban Qurbanov: “Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq”

By
Qurban Qurbanov: "Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq"

“Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Arsenal”a qarşı keçiriləcək görüşdən öncə mətbuat konfransında çıxış edib.

Baş məşqçimiz Qurban Qurbanov matçla bağlı fikirlərini bildirib:

“Dünyanın ən güclü çempionatında çıxış edən komandaya qarşı oynayacağıq. Əlavəyə ehtiyac yoxdu. Çox ciddi hazırlaşırıq oyuna. İnanıram ki, sabah hər birimizi yaxşı oyun gözləyir. Çalışacağıq ki, sona qədər yaxşı mübarizə aparaq və ən azından yaxşı oyun göstərək”.

Tək Gerrye yox, bir neçə futbolumuz oynamır. Təxmini heyəti bilirəm. Amma hələ vaxtımız var. Sabah oyunda qəti qərar veriləcək. Dəfələrlə demişəm ki, bu cür klubların Azərbaycana gəlməsi ölkə futbolu və bizim üçün böyük təcrübədi. Futbolun sevilməsi üçün şansdı. Azarkeşlərimiz belə oyunlara daha çox böyük maraq göstərir. Hər oyundan sonra iki min, üç min azarkeşimiz çoxalsa yaxşıdı. Belə böyük klublara qarşı oynamışıq və uğurlu oyunlarımız da olub. Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq. Düşünürəm ki, qalan işlər pis alınmaz. Hər şey normaldı, qaydasındadı. Futbolçularımızın da böyük təcrübəsi var. Məncə, psixoloji tərəfdən problem olmayacaq. Futbolçularım sabah rahat, həzz almaq üçün özlərini yaxşı tərəfdən göstərəcəklər. O qədər azarkeş tanıyıram, stadiona gəlmirlər amma ən sadiq azarkeşlərimizdən biridi. Azarkeş nə qədər çox olsa, mən və futbolçular daha məsuliyyətli oluruq”.

 

Mənbə : Qarabagh.com