All Posts By

admin

Bu gün saat 21:55: “Qarabağ” – “Sportinq”

By

UEFA Avropa Liqasında çıxış edən “Qarabağ” bu gün qrup mərhələsində növbəti oyununu keçirəcək. Təmsilçimiz Bakı Olimpiya Stadionunda, saat 21:55-də Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq.​​​​​​​

Baş hakim: Petr Ardeleanu
Baş hakimin köməkçiləri: Petr Blazey, Tomas Mokrusch
Dördüncü hakim: Jan Patak
Əlavə köməkçi hakimlər: Zbynek Proske, Emanuel Marek
(Hakimlər briqadası Çexiyadandır)​​​​​​​​​​​​​​

Bakı Metropoliteni “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

By

Bakı Metropoliteni Avropa Liqasının V turunda Portuqaliya “Sportinq”i ilə qarşılaşacaq “Qarabağ” klubunun müraciətini cavablandırıb.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib ki, “Koroğlu” stansiyasının girişi görüşdən sonra zərurət olduğu qədər açıq olacaq.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq. Görüşün sonu gecə yarısına təsadüf edəcəyindən, klub azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat gec – saat 1:00-da bağlanması xahişi ilə Bakı Metropoliteninə müraciət edib.

“Sportinq” Bakıya gətirəcəyi heyəti açıqladı

By

Portuqaliyanın “Sportinq” klubu Avropa Liqasında “Qarabağ”la V tur matçı üçün Bakıya gətirəcəyi heyəti açıqlayıb.

Lissabon təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, baş məşqçi Marsel Kayzer səfərə 19 futbolçu ilə çıxır. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, hərəyə 5-i isə yarımmüdafiəçi və hücumçudur.

Qapıçılar: 19. Roman Salen, 40. Renan Ribeyro, 99. Dioqo Souza

Müdafiəçilər: 4. Sebastyan Koates, 5. Cefferson Nasimento, 6. Andrea Pintu, 76. Brunu Qaşpar, 63. Tyaqo Calo, 95. Tyerri Korreya

Yarımmüdafiəçilər: 8. Brunu Fernandeş, 25. Padosav Petroviç, 37. Vendel, 86. Nemanya Qudel, 90. Migel Luiş

Hücumçular: 17. Luiş Nani, 18. Karluş Mane, 23. Abdulay Diabi, 28. Bas Dost, 77. Jovane Kabral

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” matçı saat 21:55-də başlanacaq.

“İntellektual kubok” turnirində qeydiyyat davam edir

By

Xəbər verdiyimiz kimi, 2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Bu tədbirlərdən ilki olan – media nümayəndələri üçün keçiriləcək “İntellektual kubok” turnirində qeydiyyat prosesi sona yaxınlaşmaqdadır.

10 dekabr saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək turnirdə iştirak üçün qeydiyyat müddəti 3 dekabr tarixinədək uzadılır.

İştirak etmək istəyənlər ad, soyad, təmsil etdikləri media qurumunun, üzvü olacağı komandanın adını və əlaqə nömrələrini media@finalbaku2019.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Turnirdə iştirak üçün artıq 10 komanda qeydiyyatdan uğurla keçib.

“Qarabağ” – “Sportinq” matçının hakimləri müəyyənləşib

By

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” və Portuqaliyanın “Sportinq” komandaları arasında keçiriləcək oyunun baş hakimi açıqlanıb.

Qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edəcək. Ona Petr Blajey və Tomaş Mokruş yan xətt, Zbinek Proskevə Emanuel Marek əlavə köməkçi, Yan Patak isə dördüncü hakim qismində yardımçı olacaqlar.

İspaniyalı Bernardino Qonsales Vaskes hakim-inspektor, sloveniyalı David MkDauel Zor UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq.

Asim Xudiyev Avropa Liqasının oyununda

By

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb. O, noyabrın 29-da “Astana Arena”da keçiriləcək “Astana” – “Dinamo” (Kiyev) oyununun hakim-inspektoru olacaq.

Avropa Liqasında qruplardakı vəziyyət: Komandalara növbəti mərhələyə keçmək üçün nə lazımdır?

By

7 komanda UEFA Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıb və noyabrın 29-da onların sırasına bir çox digər komanda da qoşula bilər. UEFA.com qruplardakı vəziyyəti təhlil edib.

Qısa baxış

Növbəti mərhələyə keçənlər: “Bayer Leverkuzen”, “Sürix”, “Dinamo Zaqreb”, “Arsenal”, “Ayntraxt Frankfurt”, “Latsio”, “Çelsi”

Qrupda qalanlar: “Ludoqorets”, “AEK Afina”, “Anderlext”, “Dudelanj”, “Marsel”, “Apollon Limassol”, “Akhisar Belediyespor”

  • Turnir cədvəlləri
  • Bərabər xal toplamış komandaların qrupdakı sıralaması yarışın rəsmi qaydalarının 16-cı maddəsinə əsasən müəyyən olunacaq

Bu məqalədə təqdim olunan bütün informasiyalar UEFA tərəfindən hələ qəti olaraq təsdiqlənməyib. Göstərilən nümunələr bütün potensial vəziyyətləri əhatə etməyə bilər.

BEŞİNCİ TUR: CÜMƏ AXŞAMI, 29 NOYABR

Oyunlar Mərkəzi Avropa vaxtı ilə 18:55-də başlayacaq

A qrupu: “Bayer Leverkuzen” (9 xal) – “Ludoqorets” (2), “Sürix” (9) – “AEK Larnaka” (2)

  • Bayer Leverkuzen” pley-off mərhələsinə vəsiqəni artıq qazanıb. Komanda “Sürix”in məğlub olması şərtilə qalib gələrsə qrup birinciliyini təmin edəcək.
  • Sürix” də növbəti mərhələni təmin edib, lakin qrup birinciliyi uğrunda şəxsi görüşlərə görə “Bayer Leverkuzen”dən geri qalır.
  • Ludoqorets” yarışı tərk edir.
  • AEK” yarışı tərk edir.

B qrupu: “Zaltsburq” (12) – “RB Leyptsiq” (6), “Rusenborq” (0) – “Seltik” (6)

  • Zaltsburq”  pley-off mərhələsinə adlayır və qrup birincisi olması üçün komandanı heç-heçə də qane edir.
  • Leyptsiq” isə “Seltik”in uduzması şərtilə qələbə qazanarsa qrup mərhələsini keçəcək.
  • Seltik” beşinci turda pley-off mərhələsinə vəsiqəni təmin edə bilmir.
  • Rusenborq” pley-off iddiasını davam etdirə bilmək üçün qalib gəlməli və “Leyptsiq”in uduzmasına ümid etməlidir.

C qrupu: “Zenit” (8) – “Kopenhagen” (5), “Bordo” (1) – “Slaviya Praqa” (7)

  • Zenit” qalib gələcəyi halda qrup mərhələsini adlayacaq. Komanda “Slaviya”nın qələbə qazanmaması şərtilə qalib gələrsə birinci yeri təmin edəcək.
  • Slaviya”  “Kopenhagen”in zəfər əldə etməməsi şərtilə qələbə qazanacağı yaxud “Kopenhagen”in uduzması fonunda heç-heçə edəcəyi halda pley-off mərhələsinə adlayacaq.
  • Kopenhagen” “Slaviya”dan 3 və ya daha çox xal geri düşərsə yarışı tərk edəcək.

  • Bordo” pley-off iddiasını davam etdirmək üçün ən azı “Slaviya” ilə şəxsi görüşlərin nəticələrini bərabərləşdirməyə kifayət edən hesabla qalib gəlməli və “Kopenhagen”in “Zenit”i məğlub etməyəcəyinə ümid etməlidir.

D qrupu: “Fənərbaxça” (7) – “Dinamo Zaqreb” (12), “Anderlext” (1) – “Spartak Trnava” (3)

  • Dinamo” artıq növbəti mərhələdədir və heç-heçə edərsə birinciliyi təmin edəcək.
  • Fənərbaxça” üç halda növbəti mərhələyə keçir: 1) qalib gələrsə, 2) “Spartak Trnava”nın qələbə qazanmaması şərtilə heç-heçə edərsə, 3) “Spartak Trnava”nın da uduzması şərtilə məğlub olarsa.
  • Spartak Trvana” uduzacağı halda yarışı tərk edir və “Fənərbaxça” ilə fərqi ən çoxu üç xala endirməlidir.
  • Anderlext” yarışı tərk edir.

E qrupu: “Vorskla Poltava” (3) – “Arsenal” (10), “Qarabağ” (3) – “Sportinq CP” (7)

  • Arsenal” artıq növbəti mərhələdədir. Komanda qalib gələrsə və ya “Sportinq”lə ən azı üç xallıq fərqə malik olarsa qrup birinciliyini təmin edəcək.
  • Sportinq” qələbə qazanarsa yaxud “Vorskla”nın “Arsenal”ı məğlub etməməsi şərtilə heç-heçə edərsə pley-off mərhələsinə keçəcək.
  • Qarabağ” pley-off iddiasını davam etdirmək üçün qalib gəlməlidir.
  • Vorskla” qələbə qazanmaqla yanaşı “Sportinq”in pley-off iddiasını itirməsinə ümid etməlidir.

F qrupu: “AC Milan” (7) – “Dudelanj” (0), “Real Betis” (8) – “Olimpiakos” (7)

  • Betis” qələbə qazanarsa yaxud “Milan”ın qalib gəlməməsi şərtilə heç-heçə edərsə qrup mərhələsini adlayacaq.
  • Dudelanj” yarışı tərk edir.

Oyunlar Mərkəzi Avropa vaxtı ilə 21:00-da başlayacaq (fərqli saat göstərilməzsə)

G qrupu: “Spartak Mosvka” (5) – “Rapid Vyana” (4) [Mərkəzi Avropa vaxtı ilə 16:50], “Reyncers” (5) – “Vilyareal” (6)

  • Vilyareal”  qələbə qazanarsa pley-off mərhələsinə keçəcək.
  • Spartak”  “Reyncers”in uduzması fonunda qələbə qazanarsa qrup mərhələsini adlayacaq.
  • Reyncers” məğlub olacağı və “Spartak”ın qalib gələcəyi halda yarışı tərk edəcək.
  • Rapid” məğlub olacağı halda yarışı tərk edəcək.

H qrupu: “Ayntraxt Frankfurt” (12) – “Marsel” (1), “Apollon Limassol” (1) – “Latsio” (9)

  • Frankfurt” artıq növbəti mərhələdədir. Komanda “Latsio”nun qalib gəlməməsi şərtilə qələbə qazanarsa yaxud “Latsio”nun uduzması fonunda heç-heçə edərsə birinci yeri təmin edəcək.
  • Latsio” pley-off mərhələsinə vəsiqəni təmin edib.
  • Marsel” yarışı tərk edir.
  • Apollon” yarışı tərk edir.

I qrupu: “Malmö” (5) – “Genk” (7), “Sarpsborq” (5) – “Beşiktaş” (4)

  • Genk” qalib gələrsə pley-off mərhələsinə keçəcək.
  • Beşiktaş” məğlub olsa yarışı tərk edəcək.

J qrupu: “Krasnodar” (9) – “Akhisar Belediyespor” (0) [Mərkəzi Avropa vaxtı ilə 18:55], “Standard Lyej” (6) – “Sevilya” (9)

  • Krasnodar” “Standard”ın qalib gəlməməsi şərtilə qələbə qazanarsa yaxud “Standard”ın uduzması fonunda heç-heçə edərsə növbəti mərhələyə adlayacaq.
  • Sevilya”ya pley-off mərhələsinə vəsiqə qazanmaq üçün heç-heçə kifayət edir.
  • Standard” “Krasnodar”ın uduzmaması fonunda məğlubiyyətlə üzləşərsə yaxud “Krasnodar”ın qalib gəlməsi fonunda heç-heçə edərsə yarışı tərk edəcək.
  • Akhisar”  yarışı tərk edir.

K qrupu: “Astana” (8) – “Dinamo Kiyev” (8) [Mərkəzi Avropa vaxtı ilə 16:50], “Yablonets” (2) – “Renn” (3)

  • Astana”  qalib gələrsə (birinci yeri tutaraq) yaxud “Renn”in “Yablonets”i məğlub etməməsi halında pley-off mərhələsinə adlayacaq.
  • Dinamo” qalib gələrsə və ya heç-heçə edərsə yaxud digər oyunun heç-heçə başa çatması şərtilə uduzarsa növbəti mərhələyə keçəcək.
  • Renn” pley-off iddiasını davam etdirmək üçün qalib gəlməli və digər oyunun heç-heçə yekunlaşmamasına ümid etməlidir.
  • Yablonets” pley-off iddiasını davam etdirmək üçün qalib gəlməli və “Dinamo”nun uduzmasına ümid etməlidir.

L qrupu: “BATE Borisov” (3) – “Vidi” (6) [Mərkəzi Avropa vaxtı ilə 18:55], “Çelsi” (12) – “PAOK” (3)

  • Çelsi” artıq növbəti mərhələdədir. Komanda məğlub olmayacağı yaxud “Vidi”nin qələbə qazanmayacağı halda birinci yeri təmin edəcək.
  • Vidi” qələbə qazanmaqla pley-off mərhələsinə vəsiqə qazanacaq.
  • BATE” pley-off iddiasını davam etdirmək üçün uduzmamalıdır.
  • PAOK” “Vidi”nin uduzması şərtilə məğlub olmayacağı yaxud “Vidi”nin qalib gəlməsi fonunda heç-heçə edəcəyi halda pley-off iddiasını davam etdirəcək.

Komandaların qrup cədvəllərindəki yerləri bütün matçlar başa çatana qədər müvəqqəti xarakter daşıyır.

Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb

By

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa UEFA tərəfindən həyata keçirilən Rəsmi Qonaqpərvərlik Proqramının satışı artıq başlayıb. Biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini UEFA-nın elektron səhifəsindən əldə etmək mümkündür. Bunun üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://uelf.hospitality.uefa.com

Tərəfdaşların tanışlıq xarakterli səfəri baş tutub

By

2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin paytaxtımıza mütəmadi səfərləri davam edir.

Final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçilərinin noyabrın 14-də və 15-də oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu, həmçinin final matçı ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanları ilə tanışlıq məqsədilə paytaxtımıza səfərdə olublar.

Səfər çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə UEFA Avropa Liqasının layihə meneceri Andreas Schar, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev çıxış ediblər. Sonra tədbir iştirakçıları BOS-un ərazisinə tanışlıq xarakterli baxış keçiriblər.

Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olublar.

Sonda xatirə şəkli çəkdirilib.

Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək

By

2019-cu ilin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Bunların sırasına media nümayəndələri üçün keçiriləcək “İntellektual kubok” da daxildir. Turnirdə iştirak edəcək idman jurnalistləri və klubların media nümayəndələri Avropa Liqasının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual kubok”da 20 komandanın iştirakı nəzərdə tutulub.

Yarış 3 saat ərzində davam edəcək.

Hər komandanın heyətində minimum 3, maksimum 5 oyunçu mübarizə apara bilər.

Eyni komandanın üzvləri müxtəlif mətbuat orqanlarını təmsil edə bilər.

İştirak etmək istəyənlər bu gündən etibarən ad, soyad, təmsil etdikləri media qurumunun, üzvü olacağı komandanın adını və əlaqə nömrələrini media@finalbaku2019.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Tədbirin sonunda bütün media nümayəndələrinə sertifikatlar təqdim olunacaq. Qalib komanda isə təşkilatçılar tərəfindən dəyərli hədiyyələr qazanacaq.

İntellektual kubok” dekabrın 10-da, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Turnirin qaydaları ilə tanış ola bilərsiniz:

  1. Hər bir komanda maksimum 5 nəfər oyunçudan ibarət ola bilər;

  2. Turların sayı komanda sayından asılı olaraq formalaşacaq;

  3. Hər turda fərqli mövzular oynanılacaq;

  4. Hər tur 6 sualdan ibarət olacaq;

  5. Hər turda püşkatma nəticəsində təsadüfi seçilmiş 2 komanda bir-birinə qarşı mübarizə aparacaq;

  6. İki komanda arasında keçirilən müsabiqədə daha çox xal toplamış komanda həmin turda qalib elan ediləcək;

  7. Turda qələbəyə görə 3 xal, məğlubiyyətə görə xal verilmir. Hər iki komanda turda eyni sayda suala düzgün cavab verərsə, hər biri 1 xal qazanır;

  8. Turnirin sonunda ən çox xal toplamış komanda qalib elan olunur (yalnız bir dövrəlik sistem olduqda);

  9. İki və daha çox komanda turnirin sonunda eyni sayda xala sahib olarsa, bütün turlar ərzində düzgün cavabların sayı daha çox olan komandaya üstünlük veriləcək (burada da bərabərlik olarsa, komandalar arasında 5 sualdan ibarət əlavə raund keçiriləcək. Əlavə raundlar komandalardan birinin qələbə qazanacağı ana qədər davam edəcək)

  10. Hər bir mövzu birbaşa və ya dolayısı ilə UEFA Avropa Liqasına aid olacaq.


Son qeydiyyat tarixi: 26 noyabr, saat 18:00.

Əlaqə: +994 (55) 263-73-12

E-Mail: media@finalbaku2019.az