Ev sahibi - Bakı

Qız qalası

Qız qalası əsrlər boyu Bakının ən görkəmli tikililərdən biri olub. Qız qalası İçərişəhərin cənub-qərb hissəsində yerləşir. Silindrik formalı bu abidənin hündürlüyü 28 metrdir. 

Şirvanşahlar sarayı

Ortа əsr mеmаrlığının şаh əsərlərindən оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı- "Şirvаnşаhlаr Sаrаy Ansаmblı" Bakının əsas tarixi memarlıq abidəsidir. XII əsrdə Şamaxıda baş verən zəlzələdən sonra pаytахtın Bаkıyа köçürülməsi nəticəsində şəhərin ən yüksək nöqtəsində Şirvаnşаhlаr Sаrаyı ucаldılıb.

Atəşgah Məbədi

Bakının “Od məbədi” adlandırılan Bakı Atəşgahı Azərbaycanda, Bakı ətrafı Suraxanı qəsəbəsində qalaya bənzər dini məbəddir. Fars və hind kitabələrinə əsasən məbəd hindli və zərdüştilər tərəfindən səcdədah kimi istifadə edilmişdir.

Yanardağ

"Yanardağ" Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşir. "Yanardağ" "Pilpilə", "Bozdağ", "Qaynarca" və digər adlarla da tanınır.  Bura 2007-ci ildən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna çevrilib.

Qobustan

Ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu mütləq Qobustandan salın. Bakıdan 64 km məsafədə, cənub-qərb hissədə yerləşən abidə tariximizin daş yaddaşıdır.

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu

Abşeron yarımadasının Qala kəndində unikal muzey kompleksi — açıq səma altında arxeoloji-etnoqrafik muzey kompleksi yerləşir.  1988-ci ildə "Qala" qoruğu yaradılıb, 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada müəyyən işlər həyata keçirilib və qoruq arxeoloji-etnoqrafik kompleksə çevrilib.

Palçıq Vulkanı

Palçıq vulkanlarından başqa onların «pilpilə», «yanardağ», «bozdağ», «axtarma», «qaynaca», və s. yerli adları da var. Azərbaycanda 220-dən çox palçıq vulkanlar var. Palçıq vulkanları Abşeron vilayətinin qərb və mərkəz hissəsində daha geniş yayılıb.

Bakı Bulvarı

İçərişəhər

İçərişəhərə şəhər içində şəhər də deyilir. Qədim şəhərə Qoşa Qala Qapısı kimi tanınan Şamaxı darvazasından daxil olmaq məsləhətdir. Burada ilk addımlardan insan sanki sehrli bir aləmə düşür. Ərazini əhatə edən hündürlüyü 10 m, eni isə 3,5 m çatan, müxtəlif əsrlərin daşlarından ibarət Qala divarından kim təəccüblənməz ki ?!