Ən çox verilən suallar

UELF2019 Volunteer proqramına qoşulmaq üçün öncə finalbaku2019/app linkinə daxil olub anketi tam olaraq doldurub təsdiqləməlisiniz. Daha sonra Baku UELF2019 Volunteer team tərəfindən sizə təsdiq sms-i və ya e-mail göndəriləcək. Müraciətiniz komanda tərəfindən yoxlanıldıqdan və dəyərləndirildək sonra müsahibəyə dəvət olunacaqsınız. Müsahibəni uğurla keçəcəyiniz təqdirdə Baku UELF2019 volunteer ailəsinin üzvü olacaqsınız

Anketin qəbulu ilə bağlı təsdiq sizə Baku UELF2019 Volunteer Team tərəfindən sms və e-mail vasitəsilə göndəriləcək.

 

Hər bir könüllü yalnız özü anketi doldurmalı və yalnız anketdə göstərilən şəxs müsahibədə iştirak etməlidir

    Könüllü olmaq üçün aşağıdakılar tələb olunur:

    • 18 yaşdan yuxarı (ölkə qanunvericiliyinə əsasən)
    • Azərbaycan, rus, inglis dili biliyi (minimum)
    • Ali təhsil, bakalavr və ya universitetin 2-3-cü kursu
    • Digər beynəlxalq və yerli tədbirlərdə könüllülük təcrübəsi