Avropa Liqası: Bu gün son püşk atılacaq

15.03.2019 06:29

Bu gün UEFA Avropa Liqasının 1/4 final və yarımfinal mərhələlərinin, eləcə də Bakıda keçiriləcək final qarşılaşmasının püşkü atılacaq.

"Report" xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Çempionlar Liqasının püşkatma mərasimindən 1 saat sonra - Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Prosedura əsasən, komandalar “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcəklər. Bir ölkəni təmsil edən kollektivlər bir-birləri ilə düşə bilərlər.

Digər məhdudiyyətlərlə bağlı püşk ərəfəsində məlumat veriləcək. Adları birinci çıxacaq komandalar ilk oyunu evdə keçirəcəklər. Əvvəlki mövsümlərlə müqayisədə, bu dəfə təkcə 1/4 finalın deyil, yarımfinal və finalın da püşkü atılacaq. Həlledici qarşılaşmanın püşkatması inzibati səbəblərlə əlaqədar "ev komandası"nı müəyyənləşdirmək məqsədilə keçiriləcək.

Püşkatmaya qatılacaq komandalar:

“Ayntraxt” (Almaniya)

“Arsenal” (İngiltərə)

“Valensiya” (İspaniya)

“Benfika” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

“Vilyarreal” (İspaniya)

“Napoli” (İtaliya)

“Slaviya” (Çexiya)

Qeyd edək ki, aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.