“Avropa liqasına səyahət” yarışının bu aya olan qalibi açıqlandı

04.04.2019 13:02

Bildiyiniz kimi, 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Final qarşılaşması ilə əlaqədar futbolsevərlər üçün www.finalbaku2019.com saytında işə düşən “Avropa Liqasına səyahət” adlı oyun layihəsinin mart ayına olan qalibi məlum olub.

Belə ki, Vüqar İsmayılov 22 saniyə ərzində 7 sualın hamısına doğru cavab verərək liderlər siyahısında birinci pilləyə yüksəlib. Qalibə Avropa Liqasının rəsmi topu hədiyyə olunub.

Əgər siz də Avropa Liqasının tarixini yaxşı bilirsinizsə, o zaman qaliblər sırasında olacaqsınız. Çünki layihəyə əsasən, 1971-72-ci il mövsümündən başlayaraq bu günə qədər Liqa tarixində baş verən mühüm hadisələrlə bağlı suallar hazırlanıb. Qalib olmaq üçün hər bir mövsüm üzrə dörd bəndlik cavabları olan 7 suala düzgün cavab vermək və növbəti mərhələyə keçmək lazımdır. Daha çox və daha cəld doğru cavab verən iştirakçıları bir-birindən dəyərli və maraqlı hədiyyələr gözləyir.