"Napoli" və "Çelsi" Avropa Liqasında böyükhesablı qələbə qazanıb

08.03.2019 06:41

Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin daha üç oyunu keçirilib.

“Report” xəbər verir ki, qarşılaşmalardan ikisində böyükhesablı nəticə qeydə alınıb.

Belə ki, "Napoli" öz meydanında "Red Bull Zaltsburq"u, "Çelsi" isə Kiyev "Dinamo"sunu 3:0 hesabı ilə məğlub edib. "Valensiya" – "Krasnodar" matçı ilə 2:1 hesabı ilə başa çatıb.

Avropa Liqası. 1/8 final. 1-ci matç

"Napoli" – "Red Bull Zaltsburq" - 3:0

Qollar: 1:0 – Milik – 10, 2:0 – Ruis – 18, 3:0 – Onqen – 58 (avtoqol)

"Çelsi" – "Dinamo K" - 3:0

Qollar: 1:0 – Rodriqes – 17, 2:0 – Villian – 65, 3:0 – Xadson-Odoi – 90

"Valensiya" – "Krasnodar" - 2:1

Qollar: 1:0 – Rodriqo – 12, 2:0 – Rodriqo – 24, 2:1 – Klasson – 63