UEFA AVROPA LİQASININ TARİXİ

UEFA Avropa Liqası Avropada Çempionlar Liqasından sonrakı ən əhəmiyyətli klub turniridir. 2009-cu ilin iyun ayında köhnə adı UEFA Kuboku olan çempionatın USL standartlarına çatması üçün bir sıra köklü status dəyişiklikləri gedilmiş, bununla da, 2009-2010 mövsümündən etibarən indiki adı ilə təşkil olunmağa başlanmışdır. Bu dəyişikliklər nəticəsində UEFA Avropa Liqası UEFA Kubokunun varisi olaraq qəbul edilmişdir. 1955-ci ildə başlayan Şəhərlər Kuboku UEFA Kubokunun öncəki adıdır. 1971-ci ildə isə Şəhərlər Kubokunun adı UEFA Kuboku olaraq dəyişdirilmişdir. 2004-2005 mövsümünün əvvəlində qrup mərhələsində bəzi status dəyişiklikləri edilən kubok 2009-ci ildəki son tənzimləmə ilə indiki adını almışdır. Son dəyişikliklərdə ad və status yenilənməsi ilə yanaşı, kubok UEFA Intertoto Kuboku ilə də birləşdirilmişdir. Kubokun ilk çempionu 1971-72-ci il mövsümünün finalında hər iki oyunun ümumi nəticəsinə görə “Vulverhempton”a qalib gələn “Tottenhem” olub. Ad dəyişdirildikdən sonra ilk çempionluğunu qazanan komanda isə 2010 UEFA Avropa Liqası Finalında “Fulhem”i 2-1 məğlub edən Madrid “Atletiko”su olub. Kuboku ən çox qazanan komanda isə “Sevilya”dır. Onlar 5 dəfə Avropanın ən nəhəng ikinci turnirinin kubokunu başları üzərinə qaldırıblar. Qeyd edək ki, 2018/19-cu il mövsümünd UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.